logo

Azərbaycan nefti 76,27 dollara satılır

11:31 25-06-2021 | icon 3129
Azərbaycan nefti 76,27 dollara satılır

Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

YeniAvropa xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,32 dollar ucuzlaşaraq 76,27 dollar təşkil edib.

Qeyd edək ki, “Azeri Light” neftinin bir barelinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Xatırladaq ki, 2019-cu ilin iyun ayından bəri Azərbaycan neftinin maksimum satış qiyməti 2021-ci il iyunun 24-da qeydə alınıb. Həmin gün neftinin satış qiyməti maksimumadək yüksəlib-76,59 $.