logo

Suraxanı rayonunda şəhid Vaqif Mərdanovun ailəsinin yaşadığı küçə abadlaşdırılır

21:13 24-06-2021 | icon 3451
Suraxanı rayonunda şəhid Vaqif Mərdanovun ailəsinin yaşadığı küçə abadlaşdırılır
Suraxanı rayonunda gediş-gəlişdə çətinliklərə səbəb olan yol problemləri mərhələli şəkildə həll edilərək heç zaman asfalt üzü görməyən küçə və yaşayış sahələrinin asfaltlanması işləri davam etdirilir.
YeniAvropa xəbər verir ki, bu barədə Suraxanı rayon İcra Hakimiyyətindən bildirilib. 
Qeyd edilib ki, sakinlərin rahatlığını təmin etmək məqsədilə hazırda Hövsan qəsəbəsindəki  Ağadaş Minuri küçəsində -şəhid Vaqif Mərdanovun ailəsinin yaşadığı küçədə uzunluğu 900metr olan yolda “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən asfalt örtüyünün salınması işləri aparılır.
0-+-3