Məktəblilər arasında proqramlaşdırma üzrə müsabiqənin məşq turuna start verilir
Təhsil Nazirliyi və Təhsil İnstitutunun təşkilatçılığı ilə məktəblilər arasında proqramlaşdırma üzrə “Azercell Cup” müsabiqəsinin məşq turuna start verilir.
İnstitutdan YeniAvropa-ya bildirilib ki, 5-7-ci sinif şagirdləri üçün təşkil edilən proqramlaşdırma müsabiqəsində iştirak üçün 2000-dən çox şagird müraciət edib. Həmin şagirdlərin sorğuda qeyd etdikləri elektron poçt ünvanlarına videotəlimat, istifadəçi adı və şifrə göndərilib. Qeydiyyatdan keçən şagirdlərdən elektron poçt ünvanlarının “Gələnlər” və “Spam” qutularını yoxlamaları xahiş olunur.
İyunun 26-dək şagirdlərin sistemdən istifadə bacarıqlarının formalaşdırılması üçün məşq turu təşkil ediləcək. Hər bir şagird ona göndərilən keçid vasitəsilə sistemə daxil olaraq təqdim edilən 2 məsələni həll etməklə əsas yarışa hazırlaşa bilər. Məsələlər Azərbaycan, rus və ingilis dillərində təqdim edilir. Sistemə daxil olunan vaxtdan etibarən 3 saat ərzində məsələlərə həll göndərmək mümkündür. Qeyd edək ki, məşq turu sadəcə yoxlama məqsədilə təşkil olunur və əsas nəticəyə təsir etmir. Elektron poçt ünvanına məlumat daxil olmayan iştirakçıların [email protected] ünvanına müraciət etmələri xahiş olunur.
Əsas müsabiqə isə iyunun 27-də keçiriləcək. Yarış prosesində şagirdlər təqdim edilən alqoritmik məsələlərə “C++” və ya “Python” proqramlaşdırma dillərinin hər hansı birində həll göndərməlidirlər. İştirakçılardan xahiş olunur ki, yarışa girməzdən əvvəl və yarış zamanı sistemdəki “Sual-cavab” hissəsindəki elanları oxusunlar.
Qeyd edək ki, 2017-ci ildən etibarən informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir. Bu müddət ərzində məktəblilərimiz fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə 25 medal qazanıblar.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb