Avropaya inteqrasiya olunan Ukrayna və Gürcüstan enerji təhlükəsizliyi məsələlərini həll etməlidir.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu fikri Kiyevdə rəsmi səfərdə olan Gürcüstan prezidenti Salome Zurabişvili ilə keçirdiyi birgə brifinqdə Ukrayna prezidenti Vladimir Zelenski səsləndirib.
"Ümumi Avropa istəklərinə sahib olan Ukrayna və Gürcüstan enerji təhlükəsizliyi məsələlərini həll etməlidirlər. Danışıqlar zamanı bunu qarşılıqlı fəaliyyətin əsas sahələrindən biri kimi qəbul etdik", - deyə V.Zelenski əlavə edib.
O vurğulayıb ki, xalqlarımız arasındakı ənənəvi dostluq münasibətləri Ukrayna və Gürcüstanın maraqları, vahid Avropanın sülhü, təhlükəsizliyi naminə inkişaf edəcəkdir.