logo

Ermənistan seçicilərinin yarıdan çoxu seçkilərə qatılmadı

22:17 20-06-2021 | icon 3864
Ermənistan seçicilərinin yarıdan çoxu seçkilərə qatılmadı

Ermənistanda bu gün keçirilən növbədənkənar parlament seçkilərində seçici iştirakı 49,4% təşkil edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının rəhbəri Tiqran Mukuçyan məlumat verib.

"1 281 174 nəfər səsvermədə iştirak edib", -deyə o, bildirib.
 
Qeydn edək ki, seçkilərdə 25 siyasi təşkilat iştirak edib. Əsas mübarizə baş nazir səlahiyyətlərinin müvəqqəti icraçısı Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" Partiyası ilə "Ermənistan" blokunu formalaşdırmış sabiq prezident Robert Koçaryan arasında gedib.
 
Partiya blokları üçün keçid baryeri 7 %, partiyalar üçün 5 % təşkil edir. Qanunvericiliyə görə, parlamentdə azı üç siyasi qüvvə təmsil olunmalıdır. Səsvermələrin ilk nəticələri yerli vaxtla saat 00:00-dan sonra açıqlanacaq.
 
Yekun nəticələr səsvermə günündən sonra yeddinci gün ərzində açıqlanacaq.