logo

Ermənistanda parlament seçkilər:i İlkin nəticələr açıqlandı

21:20 20-06-2021 | icon 3787
Ermənistanda parlament seçkilər:i İlkin nəticələr açıqlandı

Ermənistanda növbədənkənar parlament seçkiləri ilə bağlı ilkin statistika açıqlanıb.

YeniAvropa erməni mətbuatına istinadla xəbər verir  ki, Ermənistan Mərkəzi Seçki Komissiyası(MSK) saat 17.00-a qədər seçkilərdə iştirakın 38.17% təşkil etdiyini, 989.972 seçicinin səs verdiyini açıqlayıb.

MSK-nın məlumatına görə, saat 17.00-dək seçicilərin 40,15%-i İrəvanda, 29,41%-i Ermənistanın ikinci böyük şəhəri Gümrüdə, 37,62%-i isə Vanadzor şəhərində səs verib.

Xatırladaq ki, 2018-ci ilin dekabr ayında keçirilmiş növbədənkənar parlament seçkiləri zamanı saat 17: 00-a qədər səsvermə nisbəti 39,54% təşkil edib.