Yanvar-may aylarında mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən sayılan qiymətli metal filizlərinin 1 ton 444,6 kiloqramı qızılın payına düşüb.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Qeyd edilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz çoxalıb.
İyunun 1-nə olan vəziyyətə əsasən, ölkədə 319,6 kiloqram hazır qızıl ehtiyatı var.