logo

Türkiyədən idxal edilən 1,2 ton "hinduşka" dərisi yararsız çıxdı

13:13 19-06-2021 | icon 3836
Türkiyədən idxal edilən 1,2 ton "hinduşka" dərisi yararsız çıxdı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, Türkiyədə fəaliyyət göstərən “Briterra Gida İç Ve Dış Ticaret Anonim Şirketi” tərəfindən istehsal olunan və “Ladess Group” MMC tərəfindən ölkəmizə idxal edilən hind quşu dərisi məhsuluna baxış keçirilib.

Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsul partiyasında patogen mikroorqanizm olan salmonella aşkarlanıb.

Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq qərar qəbul edilib və istehlak üçün yararsız 1,2 ton hind quşu dərisi məhsulunun satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb.