USAID Astara və Yardımlıda infrastruktur layihələrinə dəstək olub
ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşən Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı layihə çərçivəsində Astara və Yardımlı rayonlarının sakinləri kənd yollarının asfaltlanması və suvarma suyunun yaxşılaşdırılması istiqamətində icma infrastrukturunu təkmilləşdirməyə yönəlik layihələr həyata keçirilib.
YeniAvropa xəbər verir ki, bu barədə USAİD-in Azərbaycandakı nümayəndəliyindən bildirilib. Qeyd edilib ki, layihə çərçivəsində Astaranın Fətəlioba və Pensər kəndlərində yeni salınmış 1,85 km uzunluqda yollar bu iki icmada yaşayan 6,100-dən çox sakininin yaşayış şəraitini yaxılaşdırılmasına xidmət edəcək. İcma sakinlərinin digər kəndlərlə əlaqələri, rayon mərkəzinə çıxışları yaxşılaşacaq, habelə sağlamlıq, təhsil, biznes və digər xidmətlərdən yararlanmaq üçün daha yaxşı imkana sahib olacaqlar, o cümlədən kənd təsərrüfatı məhsullarını vaxtında bazara çıxara biləcəklər. Yeni yollar icma sakinlərinə, xüsusilə uşaq və yaşlılara iqtisadi, sosial və ətraf mühit baxımından müsbət təsir göstərəcək.
Yardımlının Nisəqala kəndində yeni çəkilmiş su xətti kəndin 1,200-dən çox sakininin suvarma suyuna əlçatanlığını yaxşılaşdıracaq. İcma üzvləri kənd təsərrüfatı məhsullarının istehsalını və keyfiyyətini, münbit torpaqlardan istifadəni, habelə kənd təsərrüfatı fəaliyyətlərindən gəlirlərini artıra biləcəklər. Layihə kənd sakinlərinin həyat standartlarını yaxşılaşdırılmasına töhfə verəcək və icmanın ümumi inkişafına müsbət təsir göstərəcək.
Qeyd edək ki, bu layihələr USAID, Azərbaycanın hökuməti və yerli icmalar arasında öz həyat səviyyələrini yaxşılaşdırmağa yönəlik səylərinə dəstək göstərmək məqsədi daşıyan əməkdaşlıq çərçivəsində həyata keçirilib. USAID-in SEDA adlı layihəsi İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunur. 2011-ci ildən SEDA layihəsində iştirak edən icmalar 149 kənddə 377.200-ə yaxın insanın faydalana biləcəyi 171 layihənin həyata keçirilməsinə töhfə veriblər. Bu layihələr sırasında yerli iqtisadiyyatı dəstəkləyən fəaliyyətlər, tibb məntəqələri, yol, su və suvarma sistemləri və məktəblərin təmiri olub.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb