Azərbaycan Türkiyənin aparıcı şirkətlərindən olan "Zorlu Holding"lə Anlaşma Memorandumu imzalayıb.
YeniAvropa xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Facebook" hesabında məlumat paylaşıb.
"Yeni əməkdaşlıq platforması Azərbaycan iqtisadiyyatının bir sıra sahələrinə, o cümlədən tekstil sənayesinə sərmayə qoyuluşuna, qardaş ölkə ilə iqtisadi əlaqələrimizin daha da möhkəmlənməsinə töhfə verəcək. Həyata keçiriləcək layihələr müasir texnologiyaların tətbiqinin genişlənməsinə, yeni iş yerlərinin açılmasına əlavə imkanlar yaradacaq",-deyə nazir paylaşımında qeyd edib.