"Buta Airways” şirkəti Bakı-Tbilisi-Bakı istiqaməti üzrə müntəzəm reyslərin sayını artırır.
YeniAvropa xəbər verir ki, bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyi məlumat yayıb.
Bildirilib ki, iyunun 23-dən etibarən loukoster uçuşları hər gün, iyulun 20-dən isə yay mövsümünün sonuna qədər həftədə 14 reys yerinə yetirəcək. Reyslər gündə iki dəfə "Embraer 190" və "Airbus 319/Airbus 320" təyyarələri ilə həyata keçiriləcək.
Agentlik bu gün "Buta Airways”ə reyslərin yerinə yetirilməsi üçün müvafiq icazə təqdim edib.
Qeyd edək ki, "Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) aşağıbüdcəli törəməsi – "Buta Airways” Gürcüstanın aviasiya bazarına 2017-ci ildə daxil olub.