logo

İlk 5 ayda Bakı–Tbilisi–Ceyhan kəməri ilə 11,1 milyon ton neft daşınıb

12:02 17-06-2021 | icon 2723
İlk 5 ayda Bakı–Tbilisi–Ceyhan kəməri ilə 11,1 milyon ton neft daşınıb

Cari ilin yanvar-may aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 14 milyon 718,3 min ton neft nəql olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Qeyd edilib ki, nəqletmənin 75,6 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və 5 ayda bu kəmərlə 11 milyon 124,8 min ton neft nəql edilib.

Bundan əlavə, bu il BTC ilə 1 milyon 523,3 min ton tranzit nefti də nəql edilib.