logo

Azərbaycan neftinin qiyməti rekord vurmaqda davam edir- 76,52 $

10:10 17-06-2021 | icon 3794
Azərbaycan neftinin qiyməti rekord vurmaqda davam edir- 76,52 $

Azərbaycan neftinin qiyməti bahalaşmaqda davam edir.

YeniAvropa xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,34 dollar artaraq 76,52 dollar təşkil edib.

Qeyd edək ki,bu,  2019-cu ilin iyun ayından bəri Azərbaycan neftinin maksimum satış qiymətidir. 

Xatırladaq ki, “Azeri Light” neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.