logo

Füzuli Hava Limanında ilk uçuş sentyabrın 5-də həyata keçiriləcək

12:44 16-06-2021 | icon 6013
Füzuli Hava Limanında ilk uçuş sentyabrın 5-də həyata keçiriləcək

Füzuli Beynəlxalq Hava Limanında ilk sınaq uçuşun sentyabrın 5-də keçirilməsi planlaşdırılır.

YeniAvropa xəbər verir ki, bu barədə "AZAL"ın nümayəndəsi Valeh Əmiraslanov jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, yanvar ayının 14-də başlayan işlər çərçivəsində geniş fizolajlı hava gəmilərinin qəbul olunması üçün uzunluğu 3 km, eni 60 m olan uçuş enmə zolağının torpaq yatağı tamamlanıb. Hazırda əsas layın asfalt beton örtüyünün salınması işləri davam etdirilir. Sahəsi 60 min kvadrat metr olan 8 hava gəmisini saxlaya biləcək peronun tikintisinin torpaq yatağı tamamlanmaq üzrədir. Terminal binasında dəmir beton konstruksiya işləri 100 faiz tamamlanıb. Dəmir beton konstruksiyanın quraşdırılma prosesi gedir. İtaliya istehsalı olan dam örtükləri artıq Azərbaycana gətirilib, Türkiyədən sifariş olunan fasad elementləri gətirilmək üzrədir".

O bildirib ki, hava hərəkətinin təmin edilməsi üçün qüllənin tikintisinin dəmir beton konstruksiyasının işlərinin 1 həftə ərzində yekunlaşdırlması planlaşdırılır.