Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Kosmik Agentliyin İdarə Heyətinə sədr təyin edilib.
YeniAvropa xəbər verir ki, bununla bağlı prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, həmin vəzifə Saməddin Əsədova tapşırılıb.
O, bundan əvvəl “Azərkosmos” ASC-nin Maliyyə departamentinin direktoru vəzifəsində çalışıb.
Xatırladaq ki, Kosmik Agentlik dövlət başçısının 27 aprel 2021-ci il tarixli fərmanı ilə "Azərkosmos"un bazasında yaradılıb.