logo

Dövlət Vergi Xidməti yeni ünvanda fəaliyyətə başlayıb

12:49 11-06-2021 | icon 7413
Dövlət Vergi Xidməti yeni ünvanda fəaliyyətə başlayıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aparatı artıq yeni – AZ 1029, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev prospekti, 155 ünvanında yerləşən inzibati binada fəaliyyətə başlayıb.

Dövlət Vergi Xidmətinin Media və kommunikasiya idarəsindən YeniAvropa-ya bildirilib ki,qurumun aparatına kağız daşıyıcıda təqdim etməli olunan sənədlərin (müraciətlərin) yeni inzibati binanın ünvanına - AZ 1029, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev prospekti, 155 ünvanına göndərilməsi xahiş olunur.