logo

Mövlud Çavuşoğlu Azərbaycan parlament heyətini qəbul edib

20:50 08-06-2021 | icon 2065
Mövlud Çavuşoğlu Azərbaycan parlament heyətini qəbul edib

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanovun başçılıq etdiyi və işçi qrupun üzvləri Eldar İbrahimov, Məlahət İbrahimqızı, Fazil Mustafa, Eldar Quliyev, Ramin Məmmədov, Ağalar Vəliyev, Səttar Möhbalıyevin daxil olduğu nümayəndə heyəti iyunun 8-də Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

YeniAvropa xəbər verir ki, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım başda olmaqla, qrup üzvləri də görüşdə iştirak ediblər.

Görüşdə Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri yüksək dəyərləndirilib, Vətən müharibəsi nəticəsində parlaq Zəfərin əldə olunmasında Türkiyənin göstərdiyi siyasi-mənəvi dəstək məmnunluqla xatırlanıb, bölgədəki yeni siyasi vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun Türkiyəyə səfəri iyunun 11-də başa çatacaq.