Azərbaycan İnvestisiya Şirkəti sahibkarları əməkdaşlığa dəvət etdi
Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) sahibkarlara müraciət edib.
AİŞ-dən YeniAvropa-ya bildirilib ki, qurum sahibkarları əməkdaşlığa və birgə layihələrin həyata keçirilməsinə dəvət edir. Perspektivli bir layihəniz varsa, lakin həyata keçirilməsi üçün kifayət qədər maliyyə mənbəyiniz yoxdursa, bu məlumat sizin üçündür. Azərbaycan İnvestisiya Şirkətinın ortağı olmaqla biznesinizə əhəmiyyətli investisiyalar cəlb edə bilərsiniz. Kreditdən fərqli olaraq, AİŞ şirkətinizin nizamnamə kapitalına maliyyə investisiyaları qoyur. Bu investisiyaların həcmi kapital qoyuluşlarının ümumi həcminin 30 faizinədək ola bilər ki, bu da maliyyələşdirmə üzrə faiz ödənişlərinin olmayacağı deməkdir. AİŞ-in layihədə iştirakının orta müddəti 5 ildən 7 ilə qədərdir. Bundan əlavə, AİŞ maliyyə modellərinin inkişafına, bazarın təhlilinə və təşkilati məsələlərə kömək edə, xarici tərəfdaşların və investorların cəlb edilməsində yardımçınız ola bilər. AİŞ yalnız yeni layihələrə deyil, həm də Azərbaycanın qeyri-neft sektorundakı mövcud şirkətlərin fəaliyyətinin genişləndirilməsinə və inkişafına investisiya qoymağa hazırdır.
AİŞ-lə əməkdaşlığa başlamaq üçün yalnız layihəniz üçün iş planı təqdim etməlisiniz. İşbirliyində maraqlı olanlar AİŞ-in veb-səhifəsi ilə (https://www.aic.az) və ya 0124888010 nömrəli telefonla əlaqə saxlaya bilərlər. Suallarınızı [email protected] elektron poçtu ilə də göndərə bilərsiniz.
Qeyd edək ki, Azərbaycan İnvestisiya Şirkəti 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə sahibkarlıq fəaliyyətini dəstəkləmək və genişləndirmək və qeyri-neft sektorunun inkişafı məqsədilə yaradılıb.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb