İyunun 5-də Sankt-Peterburq şəhərində SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Total” şirkətinin baş icraçı direktoru Patrik Puyanne ilə görüşüb.
SOCAR-dan YeniAvropa-ya bildirilib ki, görüşdə SOCAR və “Total” şirkətlərinin həyata keçirdiyi birgə layihələr və mövcud əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
Qeyd edək ki, “Total” şirkəti Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin səhmdarlarından biridir və Azərbaycanda “Abşeron” yatağının işlənməsində iştirak edir. Abşeron Petroleum Birgə Əməliyyat Şirkətinin (JOCAP) səhmləri SOCAR Absheron (50 faiz) və TOTAL E&P Absheron (50 faiz) şirkətləri arasında bərabər bölünüb.