logo

“Azercell” 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid övladları üçün sosial layihə keçirib

14:29 01-06-2021 | icon 4592
“Azercell” 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid övladları üçün sosial layihə keçirib

“Azercell”in dəstəyi ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Kiçik Ürəklərdə Böyük Xatirələr” adlı sosial layihə çərçivəsində 300-dən çox şəhid övladının anası ilə birgə iştirakı ilə onlayn təlimlər keçirilib. 44 günlük Vətən müharibəsində torpaqların azadlığı uğrunda canından keçən cəsur hərbçilərin ailə üzvləri üçün art-terapiya yolu ilə psixoloji təlimlər təşkil olunub. “Arzular ağacı” təlimləri mərhələsində uşaqlara və onların valideynlərinə psixoloji yardım göstərilib. Peşəkar psixoloqlar onlara emosianal problemlərinin öhdəsindən gəlməyə kömək ediblər. “Azercell”in “GİD CSR Consulting” şirkəti ilə birgə əməkdaşlığı çərçivəsində baş tutan “Kiçik Ürəklərdə Böyük Xatirələr” layihəsinin növbəti mərhələsi kimi isə təlimlərdə qonaq qismində tanınmış şəxslərin iştirakı nəzərdə tutulub. Onlar öz uğur hekayələrini bölüşməklə, bu yolda üzləşdikləri çətinliklərin öhdəsindən necə gəldikləri barədə danışacaqlar.

 YeniAvropa xəbər verir ki,şirkətdən verilən məlumatda qeyd edilib ki, təlimlər zamanı böyük psixoloji stress keçirmiş uşaq və onların valideynlərinin emosional durumu üzə çıxarılıb, onların yaşadıqlarını sənət yolu ilə ifadə etməsinə imkan yaradılıb. Uşaqlar rəsm sənət növündən istifadə edərək hisslərini kağıza köçürüblər. Həm uşaqlar, həm də böyüklər üçün faydalı olan art-terapiya uşaqların daxili dünyasını açmağa, həm də gizli bacarıqlarını üzə çıxarmağa yardımçı olub.

“Kiçik Ürəklərdə Böyük Xatirələr” layihəsi çərçivəsində keçirilən görüşlər zamanı şəhid övladları qəhrəman ataları haqqında xatirələrini də səsləndiriblər. Layihənin yekunu olaraq tezliklə uşaqların qəhrəman ataları haqqında ən gözəl xatirələrindən ibarət kitab həm rəqəmsal, həm də çap formatda hazırlanıb nəşr ediləcək. Kitabın elektron versiyasını “Bookmate” mobil tətbiqindən də oxumaq mümkün olacaq.

Eyni zamanda, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən tədbir çərçivəsində də “Azercell” şirkəti Aprel döyüşləri şəhidlərinin və telekommunikasiya sahəsində çalışmış və II Qarabağ müharibəsində Vətən uğrunda həyatını qurban etmiş şəhidlərin övladlarını təbrik edib, hədiyyələr verib.

0-1-1-1

0-1-1-2