Bakıda Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və Qida Sənayesi sərgiləri keçiriləcək
10-12 iyun tarixlərində Bakı Ekspo Mərkəzində 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2021” və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan 2021” sərgiləri keçiriləcək.
YeniAvropa xəbər verir ki, hər iki tədbir koronovirus pandemiyası ilə əlaqədar yaranmış uzunmüddətli fasilədən sonra ölkəmizdə ənənəvi formatda keçirilən ilk sərgilərdir. Təmsil olunan sənaye sahələrinin peşəkarları işgüzar əlaqələri bərpa etmək və yeni əlaqələr qurmaq, habelə aktual bazar məlumatlarını əldə etmək, eləcə də sərfəli müqavilələr imzalamaq üçün iki illik fasilədən sonra ilk dəfə yenidən bir araya gələcəklər.
Canlı təşkil olunan tədbirlərin təhlükəsiz keçirilməsi üzrə qaydalar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın, eləcə də Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının (UFI) tövsiyələrinə (sosial məsafə, maska rejimi, antiseptik / təmizləyici vasitələrin tətbiqi, bədən hərarətinin yoxlanılması və ərazinin müntəzəm dezinfeksiya edilməsinə) əsaslanır.
“Caspian Event Organisers” şirkətinin baş direktoru Fərid Məmmədovun sözlərinə görə, biznes sektoru iki illik fasilədən sonra canlı ünsiyyət üçün darıxıb: “ İndi kənd təsərrüfatı və ərzaq bazarlarında müsbət dinamika müşahidə olunur, bazara yeni iştirakçılar daxil olub, daimi eksponentlərimiz isə sərgidə yeni məhsullarını təqdim edəcəklərini elan ediblər. Pandemiya ilə əlaqədar yaranmış fasiləyə görə indi yeniliklərə, təcrübə mübadiləsinə və yeni ortaqlıqlara ciddi ehtiyac var. Potensial tərəfdaş ilə birbaşa dialoq qurmaq fürsəti indi bütün iştirakçılarımız üçün son dərəcə vacibdir. Biz sərgilərdə təhlükəsizliyə daim böyük diqqət yetirmişik və təbii ki, sərgi ərazisi boyu “COVID” virusu əleyhinə də müvafiq tədbirlər görmüşük. Açılışdan əvvəl, Bakı Ekspo Mərkəzinin bütün otaqlarında və sərgi zallarında ümumi dezinfeksiya işləri aparılacaq. Sərgiləri yalnız qoruyucu tibbi maskalardan istifadə edərək ziyarət etmək mümkün olacaq. Əgər qonaqlar qoruyucu maskasız gələrlərsə, o zaman onlara qeydiyyat masasından tibbi maskalar veriləcək. Biz sərgidə ziyarətçilərin sosial məsafə saxlamalarını təmin edəcək xüsusi “COVID patrul” xidmətini də təşkil etmişik”.
Sərgilər kənd təsərrüfatı sektorunun əsas iştirakçılarını, peşəkar ziyarətçiləri, o cümlədən idxalçıları, ixracatçıları, distribütorları, topdan və pərakəndə satış şirkətlərini, eləcə də fermerləri bir araya gətirəcək. “Caspian Agro 2021” və “InterFood Azerbaijan 2021” sərgilərinin ekspozisiyası Bakı Ekspo Mərkəzinin iki zalını, eləcə də açıq sahəsini əhatə edəcək. Qeyd etmək lazımdır ki, açıq sahədə yerləşəcək ekspozisiyanın miqyası 2019-cu ildəki ekspozisiya ilə müqayisədə artmışdır. Bu il Azərbaycan, ABŞ, Almaniya, Əfqanıstan, Belarus, Belçika, BƏƏ, Bolqarıstan, Çin, Finlandiya, Fransa, Hindistan, İran, İsrail, İspaniya, İtaliya, Litva, Niderland, Polşa, Rumıniya, Rusiya, Səudiyyə Ərəbistanı, Sloveniya, Türkiyə, Ukrayna, Yaponiya, Vircin adaları, Yunanıstan da daxil olmaqla dünyanın 28 ölkəsindən 237 şirkət bu sərgilərdə iştirak edəcəklərini təsdiqləyiblər.
Sərgilərdə Əfqanıstan və Belarusu təmsil edən milli qruplar, Rusiya Federasiyasını təmsil edən Kirov və Adıgey rayonunun qrupları, həmçinin bu il sərgidə debüt edən Moskva regional qrupu iştirak edəcək.
14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2021” və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan 2021” sərgilərində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə qida sənayesi və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektləri öz məhsul və xidmətlərini təqdim edəcəklər.
Bu il sərgilərdə qida və kənd təsərrüfatı sahələri üçün vacib və aktual olan bütün məsələlər təqdim olunacaq. Hər bir sektorun hərəkətverici qüvvəsi olan innovasiyalara da xüsusi diqqət verilib. Həmçinin, sərgidə bir sıra iştirakçı Qarabağ regionunun inkişafı üçün xüsusi təklif, layihə və xidmətləri nümayiş etdirməyi planlaşdırır.
Beləliklə, “Caspian Agro 2021” sərgisinin ekspozisiyasına bir sıra innovasiyalar daxildir: “ağıllı ferma”, heyvandarlıq sənayesi üçün avadanlıqlar, kənd təsərrüfatı texnikası, laboratoriya avadanlıqları, yeni toxum sortları və bir çox digər məhsullar. Ümumiyyətlə, “Caspian Agro 2021” sərgisi kənd aqrar-sənaye kompleksinin müxtəlif sahələrinin daxil olduğu 11 tematik bölməni əhatə edəcək:
“InterFood Azerbaijan 2021” sərgisində təqdim edilən bütün məhsullar aşağıdakı kateqoriyalara bölünür:
Beləliklə, “InterFood Azerbaijan 2021” sərgisinin ekspozisiyasında qida sənayesinin müxtəlif sahələri üçün avadanlıqlar (ət, süd, qənnadı məmulatları və s.), halal məhsullar, içkilər (çay, qəhvə, şirələr), baqqaliyyə məmulatları, inqrediyentlər, soyuducu, ticarət, çörəkbişirmə avadanlıqları, meyvə anbarları, sanitariya və gigiyena məhsulları, istehsalın avtomatlaşdırılması üçün həll variantları, qablaşdırma materialları, etiketləmə avadanlıqları, qablaşdırma avtomatları və bir sıra digər məhsullar təqdim ediləcək.
Bu il sərgilər üçün (“COVID” əleyhinə tədbirlər səbəbindən azaldılmış) xüsusi işgüzar proqram da nəzərdə tutulub. Belə ki, təşkilatçılar hər il rayonlardan olan fermerlər üçün sərgi üzrə turlar təşkil edirlər və onları sənayedəki tendensiyalar, yeniliklər və beynəlxalq təcrübə ilə tanış edirlər.
11 iyun tarixində “Apatit” SC-nin “PhosAgro” şirkətlər qrupu tərəfindən “PhosAgro innovativ məhsulları. Kənd təsərrüfatı bitkilərindən zəmanətli məhsul əldə etmək üçün bir dənəcikdə kompleks gübrələr” mövzusunda seminarın keçirilməsi planlaşdırılır.
Sərgi 3 gün ərzində sənaye sahəsinin peşəkarları üçün açıq olacaq. Diqqət: mütəxəssislər üçün sərgilərə giriş yalnız dəvətnamə və ya elektron qeydiyyat əsasında mümkündür. Yanınızda tibbi maska olmalıdır. Ziyarət qaydalarının təfərrüatları ilə sərgilərin veb-saytında tanış ola bilərsiniz.
Sərgilər haqqında ətraflı məlumatı, eləcə də elektron dəvətnamələri rəsmi saytlarda əldə edə bilərsiniz: www.caspianagro.az, www.interfood.az.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb