"Azercell" diler şəbəkəsi üçün sertifikasiyaproqramı keçirir
Abunəçilərinin gündəlik rabitə ehtiyaclarını rahat və operativ şəkildə qarşılamağı hədəfləyən ölkənin lider mobil operatoru “Azercell Telekom” istər ölkədə sosial təcrid şəraitinin tətbiq olunmasından əvvəl, istərsə də karantin şəraitində bütün mümkün platformalar üzərindən xidmət spektrini təmin etməyin öhdəsindən uğurla gəldi. Eyni zamanda, şirkət uzun illər Azərbaycanda müştəriyə xidmət mədəniyyəti sahəsində nümunəvi yanaşmanı qoruyub-saxlamaq məqsədilə əməkdaşların davamlı olaraq təlimatlandırılması kimi əhəmiyyətli məqamı da artıq onlayn formatda önə çəkib. Azercell-in yüksək sosial məsuliyyətli bir qurum olmasının daha bir göstəricisi isə yalnız öz əməkdaşlarının deyil, çalışdığı tərəfdaşların da işçilərinin bilik və bacarıqlarının artırılması təşəbbüsləridir.
Bu baxımdan,2020-ci ilin fevralından başlayan Diler Sertifikasiya Proqramı "Azercell"in geniş diler şəbəkəsinin 300-dən artıq əməkdaşı üçün nəzərdə tutulub.
YeniAvropa xəbər verir ki, beynəlxalq səviyyəli rabitə təminatçılarının təcrübəsindən də faydalanaraq ölkədə ilk dəfə olaraq "Azercell Telekom" tərəfindən çoxsəviyyəli sertifikasiya proqramı tərtib olunaraq həyata keçirilməyə başladı ki, karantin şəraitində həmin təlimlər rahatlıqla onlayn formatda davam etdi.
Həmin təlimlər "Azercell"in xidmət və məhsulları, sənədləşmə qaydaları, abunəçi əməliyyatları üçün müxtəlif proqram təminatlarının mənimsənilməsi, mobil şəbəkə texnologiyasının əsasları, informasiya təhlükəsizliyi qaydaları, müştəriyə xidmət bacarıqları, satış bacarıqları, onlayn satışın idarə edilməsi, eləcə də, müzakirə aparmaq bacarıqları, stressin idarə edilməsi və vaxtın idarə edilməsi kimi müasir işgüzar mühitdə vacib olan sahələri əhatə edir.
Ölkədə fəaliyyət göstərən müxtəlif şirkətlər tərəfindən tanınan "Azercell" Akademiyası tərəfindən keçirilən proqramın əsas məqsədi "Azercell"in xidmət sahəsində keyfiyyət standartlarının bütün diler məntəqələrində tətbiqi, uyğun olaraq müştəri təcrübəsi və müştəri məmnuniyyətinin yüksəldilməsi , əmək bazarı üçün ixtisaslaşmış kadrların yetişdirilməsi, ölkədə gənc nəsil üçün iş imkanlarının genişləndirilməsidir. "Azercell"in Diler Sertifikasiya Proqramının digər üstünlüyü isə bütün müvafiq sahə işçilərinə ölkədə ilk dəfə QR kodlu və müddətli Nailiyyət Sertifikatinın təqdim edilməsidir.
“Azercell Telekom” bundan sonra da müştəri xidmətləri və müştəri məmnuniyyətinin ən yüksək standartlara uyğunluğu, eləcə də peşəkar kadrların yetişdirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb