"Formula-1"ə görə bu gündən paytaxtda bir sıra yollar bağlanıır
Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi (DYP) "Formula-1 Azərbaycan Qran-Pri"si ilə əlaqədar paytaxtda bağlanacaq və istiqaməti dəyişdiriləcək küçə və prospektlərin adlarını açıqlayıb.
İdarədən YeniAvropa-ya verilən məlumata görə, iyunun 4-6-da keçirilən "Formula-1 Azərbaycan Qran-Pri"si ilə əlaqədar mayın 31-dən iyunun 8-dək paytaxt ərazisində avtomobillərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra küçə və prospektlər bağlanacaq və ya nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcək. Belə ki, Formula 1 halqası istiqamətində Kövkəb Səfərəliyeva, Rixard Zorge, Aleksandr Puşkin, Bülbül, Səməd Vurğun, Teymur Elçin, Mehdi Hüseyn, Lermontov, Azərbaycan, Mikayıl Hüseynov, Zərgər Palan, Murtuza Muxtarov, Şeyx Şamil, Afiyəddin Cəlilov, Yusif Səfərov adına küçə və prospektlərdə avtomobillərin hərəkət istiqaməti dəyişdirilir.
Afiyəddin Cəlilov - Mehdi Mehdizadə küçələrindən Yusif Səfərov küçəsi ilə kəsişmədən hərəkət sağa, Yusif Səfərov küçəsindən sağa yalnız 28 May küçəsinə;
20-ci sahə, Bayıl qəsəbəsi və Bayraq meydanı yanından hərəkət edənlər Bayıl qəsəbəsinin daxili yolları ilə Neftçi Qurban və Xanlar küçəsi istiqaməti üzrə Parlament prospektinə;
Bakı-Salyan-Ələt yolundan isə hərəkət Lökbatan dairəsindən 3-cü kənar dairəvi yolla Yasamal rayonu ərazisindən keçməklə;
Bakı-Zığ yolu – Nobel prospekti, eləcə də Hava Limanı – Heydər Əliyev prospektindən mərkəzə doğru hərəkət edənlər Nəcəfqulu Rəfiyev – Babək prospekti, 10-cu Zavod Dairəsindən – Nərimanov rayonu ərazisindən keçərək Fətəli Xan Xoyski küçəsi ilə;
Mehdi Hüseyn küçəsindən Lermontov küçəsinə hərəkətin əksinə və Axundov parkı ərazisi ilə Əhməd Cavad küçəsinin əksinə hərəkət nəzərdə tutulur.
Ü.Hacıbəyov küçəsinin kəsişməsindən Füzuli küçəsinin kəsişməsinədək Səməd Vurğun küçəsindən iki istiqamətli hərəkət müəyyənləşdirilib.
DYP avtomobil sürücülərindən 31 may-8 iyun tarixlərində mərkəz istiqamətində hərəkətlərini məhdudlaşdıraraq ictimai nəqliyyata üstünlük vermələrini xahiş edir.
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq