Bu gün “Azercell” abonentləri müəyyən ərazilərdə xidmətdən istifadə zamanı bəzi çətinliklərlə üzləşiblər. Bununla bağlı “Azercell Telekom” MMC açıqlama yayıb.
Şirkətdən YeniAvropa-ya daxil olan məlumatda bildirilib ki, abunəçilərin bəzi ərazilərdə zənglərin həyata keçirilməsində və bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklərlə qarşılaşması mümkündür.
"Yaranmış narahatçılığa görə təəssüf edir və qeyd edilir ki, aparılan təkmilləşdirmə işləri ən qısa zamanda yekunlaşdırıldıqdan sonra xidmətlərdən tam normal əsaslarla istifadə edilməsi təmin olunacaq",-deyə məlumatda bildirilib.