logo

Vətən Müharibəsi qəhrəmanlarına vergi güzəştləri tətbiq olunacaq

16:16 27-05-2021 | icon 3892
Vətən Müharibəsi qəhrəmanlarına vergi güzəştləri tətbiq olunacaq

Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

YeniAvropa xəbər verir ki,  dəyişikliklərə əsasən  Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılacaq.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.