logo

Əhalinin banklarda 8,4 milyard manat əmanətləri var

15:10 27-05-2021 | icon 6496
Əhalinin banklarda 8,4 milyard manat əmanətləri var

Mayın 1-nə əhalinin banklardakı əmanətlərinin həcmi 8 milyard 352,9 milyon manat təşkil edib.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.

Qeyd edilib ki, əhalinin banklardakı əmanətlərinin həcmi son bir ayda 205,4 milyon manat artıb.