logo

Milli Məclis 2020-ci il dövlət büdcəsinin icrasını müzakirə edir

12:29 27-05-2021 | icon 5852
Milli Məclis 2020-ci il dövlət büdcəsinin icrasını müzakirə edir

Milli Məclis Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsini birinci oxunuşda müzakirəyə çıxarıb.

YeniAvropa xəbər verir ki, plenar iclasda maliyyə naziri Samir Şərifov,Hesablama Palatasının sədri Vüqar Gülməmmədov da iştirak edir. 

“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi 2020-ci ildə Azərbaycanda formalaşmış makroiqtisadi mühiti, dövlət maliyyəsinin idarə olunmasının təkmilləşdirilməsini, dövlət büdcəsində nəzərdə tutulan gəlir və xərclərin, habelə dövlət proqramlarının icra göstəriciləri, il ərzində dövlət borclanmasına və borclara xidmətə dair vəziyyəti, ehtiyat və məqsədli büdcə fondlarının vəsaitindən istifadə haqqında məlumatlari özündə əks etdirir.