Mayın 25-də Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Azərbaycan Ticarət Evinin açılışı olub.
YeniAvropa xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov yaxın vaxtlarda Aktauda və Almatı şəhərlərində ticarət evinin filiallarının də açılacağını deyib.
Səfir qeyd edib ki, ticarət evinin açılması ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına öz töhfəsini verəcək.