Mayın 31-dən regionlararası ictimai nəqliyyatın fəaliyyəti bərpa edilir.
YeniAvropa xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 25-də təşkil etdiyi brifinqdə prezidentin köməkçisi – Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.