İyunun 10-dan Azərbaycanda iri ticarət mərkəzlərinin fəaliyyəti bərpa olunacaq.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 25-də təşkil etdiyi brifinqdə prezidentin köməkçisi Şahmar Mövsümov məlumat verib.
Şahmar Mövsümov, həmçinin deyib ki, həmin tarixdən çimərliklərin, idman və sağlamlıq-bərpa müəssisələrinin fəaliyyətinə icazə veriləcək. Ötən il çimərliklərdə tətbiq olunan qaydalar bu il də qüvvədə qalacaq.