Mayın 31-dən Bakı Metropoliteninin fəaliyyəti bərpa olunur.
YeniAvropa xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 25-də təşkil etdiyi brifinqdə prezidentin köməkçisi Şahmar Mövsümov bildirib.
Onun sözlərinə görə, metronun fəaliyyətində müvafiq qaydalara uyğun olaraq, maska, məsafə və dezinfeksiya tədbirlərinə əməl edilməsi tələb olunacaq.