Dövlət Miqrasiya Xidməti dövlət atributlarının satın alınması, soyutma və istilik sistemlərinə xidmət göstərilməsi (1), eləcə də abadlıq işlərinin görülməsi (2) ilə bağlı elan etdiyi iki açıq tenderə yekun vurub.
YeniAvropa vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi “AS Service” və “Tufan Company” MMC olub.
Qalib şirkətlərə müvafiq olaraq 1,2 milyon manat və 4,23 milyon manat olmaqla, ümumilikdə 5,43 milyon manat ödəniləcək.
Qeyd edək ki, "AS Service" 2019-cu ilin fevral ayında, "Tufan Company" isə bu ilin aprel ayında yaradılıb.
Xatırladaq ki, "Dövlət satınalmaları haqqında" Qanunda açıq tenderin keçirilməsi barədə elan tender zərflərinin açılması günündən azı 30 bank günü (təqribən 38 gün əvvəl) respublikanın dövlət qəzetlərində və beynəlxalq miqyasda yayılan kütləvi informasiya vasitələrində, habelə rəsmi internet saytında verilməsi öz əksini tapıb.
Göründüyü kimi, Dövlət Miqrasiya Xidmətinin keçirdiyi tenderin qalibi isə elan dərc edildikdən sonra yaradılıb ki, bu da məsələdə açıq şəkildə korrupsiya amilinin olmasından xəbər verir.