Gömrük idxal rüsumlarındakı süni artımlar avtomobil bazarını çökdürür
Avtomobil bazarında bahalaşma müşahidə olunur. Mütəxəssislərin bildirdiyinə görə avtomobillərin qiymətində 5-10 faizədək bahalaşma var. Mart və aprel aylarından başlayan qiymət artımına səbəb kimi idxalın məhdudlaşdırılması və ya ölkəyə gətirilən nəqliyyat vasitələrinə şamil olunan gömrük ödənişlərinin hesablanması qaydalarının düzgün aparılmaması göstərilir.
YeniAvropa xəbər verir ki, "Əmlak" ekspert mərkəzinin direktoru Ramil Osmanlının sözlərinə görə, qiymət dəyişimləri idxalın azalması ilə əlaqədardır.
O, qeyd edib ki, idxalın azalmasının da müxtəlif səbəbləri var: "Bütövlükdə dövriyyədə olan nəqliyyat vasitələrinin bazara daxil olmasında qiymət artımı müşahidə olunur. Bu da təbii ki, tələblə bağlı olan məsələdir. Əslində Dövlət Gömrük Komitəsinin ölkəyə idxal edilən avtomobillərə tətbiq etdiyi rüsumlarla bağlı da neqativ fikirlər var. Müxtəlif mənbələrdən daxil olan məlumatlar göstərir ki, gömrük rüsumlarında süni və subyektiv artımlar olur”.
Ekspertin fikrincə, Azərbaycanda avtomobil idxalını stimullaşdırmaq, xüsusilə avtomobil parkının yenilənməsini təmin etmək üçün gömrük siyasətinə, eləcə də idxal qərarlarına yenidən baxılmalıdır: "Elektromobillərin, xüsusilə hibrit avtomobillərin ölkəyə idxalının stimullaşdırılması ilə bağlı ciddi addımlar atılmalıdır. Azərbaycan bu prosesdən kənarda qalmamalıdır. Avtomobil istehsalı bazar tələbin çox nisbi, heç bir faizini ödəyə bilmir. Belə olan halda Dövlət Gömrük Komitəsinin idxalla bağlı rüsumlarının bu dərəcədə qaldırılmasına ehtiyac görmürəm”.
Qeyd edək ki, uzun illərdir ki, təkrar bazarda "Mercedes" markalı avtomobillər liderlik edirdi. Son illərdə bazarda digər markalı avtomobillər üstünlük təşkil etməyə başlayıb.
Hazırda müştərilər daha çox qiyməti 10000-18000 manat arası olan ekonom avtomobillərə üstünlük verirlər.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb