İyunun 3-dən“Nordwind” aviaşirkəti Rusiyanın Orenburq şəhərindən Bakıya uçuşlar həyata keçirəcək.
YeniAvropa xəbər verir ki, bu barədə Orenburq aeroportunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, “Nordwind” aviaşirkəti Orenburq-Bakı-Orenburq marşrutu ilə müntəzəm uçuşlar həyata keçirəcək. Şirkətin “Embraer E-Jet “ təyyarələri həftədə bir dəfə, cümə günləri Azərbaycan paytaxtına sərnişin daşıyacaq.
Orenburqdan təyyarə saat 1:30-da qalxaraq 2:50-də Bakıya çatacaq. Orenburqa qayıdan təyyarənin 4:20-də yola düşüb, 2 saat 20 dəqiqədən sonra, 7:40-da mənzil başına çatması nəzərdə tutulub.