logo

Bakıda Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın 4-cü iclası keçirilir

16:26 20-05-2021 | icon 3752
Bakıda Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın 4-cü iclası keçirilir

Mayın 20-də Bakıda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclası keçirilir.

 YeniAvropa xəbər verir ki, energetika naziri Pərviz Şahbazovun və Böyük Britaniyanın Dövlət Katibinin parlament nümayəndəsi, ixracat naziri Qraham Styuartın həmsədrliyi ilə keçirilən iclasda hər iki ölkənin komissiyada təmsil olunan müvafiq qurumlarının rəsmiləri iştirak edirlər.

İclasda Hökumətlərarası Komissiyanın 3-cü iclasından sonrakı dövrdə görülmüş işlər, Azərbaycan və Böyük Britaniya arasında energetika, bərpaolunan enerji və enerji səmərəliliyi, iqtisadiyyat, kənd təsərrüfatı, nəqliyyat, rabitə, ətraf mühit, təhsil, səhiyyə, turizm, mədəniyyət və digər sahələrdə mövcud əməkdaşlıq və əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunur.