Rusiyanın “IrAero”aviaşirkəti Samara-Bakı aviareysi üzrə müntəzəm uçuşlara başlayır.
YeniAvropa xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.
Qeyd olunub ki, aviareys üzrə uçuşlar həftədə bir dəfə, çərşənbə günləri “SuperJet 100″təyyarəsi ilə həyata keçiriləcək.
Xatırladaq ki, iyunun 4-dən etibarən “Ural Airlines”aviaşirkəti də Samaradan Bakıya birbaşa aviareyslər üzrə həftəlik uçuşlara başlayacaq.