logo

İran Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlığa dair saziş imzaladı

13:59 20-05-2021 | icon 3542
İran Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlığa dair saziş imzaladı

Təbrizdə İran və Azərbaycan arasında magistral yollarda yük və sərnişin daşımalarına dair iclas keçirilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, hər iki ölkənin rəsmilərinin iştirakı ilə keçirilən ikigünlük iclasda avtomagistral yollarda beynəlxalq konvensiyaların tələblərinin icrası, Naxçıvan da daxil olmaqla, iki ölkənin giriş və çıxış nöqtələrində alınan rüsumlar və digər ümumi texniki məsələlər müzakirə olunub.

İclasın sonunda iki ölkə arasında magistral yollarda sərnişin və yük daşımaları sahəsində əməkdaşlığa dair saziş imzalanıb.

Sazişə əsasən, Novruz bayramı günlərində, Məhərrəmlik ayında və yay fəslində səfərlərin sayının artması fonunda sərhəd-keçid məntəqələrindən sərnişinlərin gediş-gəlişi asanlaşdırılacaq.

Azərbaycan tərəfi həmçinin təklif edib ki, Bakı, Naxçıvan və əks istiqamətə davamlı sərnişin avtobus xətti səhiyyə protokollarına əməl edilərək yenidən bərpa olunsun.