Azərbaycan ilə Qazaxıstan arasında qarşılıqlı investisiya qoyuluşu iki ölkə arasında iqtisadi əlaqələri inkişaf etdirir.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədovun "Astana-Texnopolis" Xüsusi İqtisadi Zonasında, həmçinin "Qazİndustry" Səhmdar Cəmiyyətinin rəhbərliyi və əməkdaşları ilə görüşündə qeyd edilib.
Görüşdə "Astana-Texnopolis" Xüsusi İqtisadi Zonasında Azərbaycan investisiyaları ilə tikilən parfümeriya zavodunun imkanları və perspektivləri, habelə İqtisadi Zonanın ərazisində Azərbaycan investorları tərəfindən digər layihələrin həyata keçirilməsi imkanları ilə bağlı müzakirələr aparılıb.
Görüşdən sonra parfümeriya zavodunda tikintinin gedişatı ilə tanışlıq olub.