logo

Azərbaycan ilk 4 ayda 12 milyard m3 təbii qaz ixrac edib

16:11 19-05-2021 | icon 3325
Azərbaycan ilk 4 ayda 12 milyard m3 təbii qaz ixrac edib

Yanvar-aprel aylarında Azərbaycandakı magistral təbii qaz kəmərləri ilə 12 milyard 387,4 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni aylarına nisbətən 10,8 faiz artım müşahidə olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Qeyd edilib ki, 4 ayda qaz nəqlinin 48,1 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 5 milyard 963,4 milyon kubmetr təbii qaz ixrac edilib.