Azərbaycanda 2021-ci ildə dünyasını dəyişmiş məşhurlar
Oynaq ifaları, ruhumuzu oxşayan bəstələri, həyati məna kəsb edən ssenariləri ilə yaddaşlara həkk olunan, onlara nəfəs verən sənətçilər, bu gün artıq yoxdurlar.
Son aylarda Azərbaycan Mədəniyyət nümayəndələrinin qəfil ölümləri xalqımızı dərin kədərə, qəmə boğub.
YeniAvropa xəbər verir ki, 2021-ci ildə dünyasını dəyişən sənət adamlarını təqdim edir.
Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli
Yeni ilin ilk günlərində hər birimizi kədər boğan - Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Nailə Mirməmmədlinin qəfil ölümü oldu. Tanınmış bəstəkar 4 yanvar 2021-ci ildə ürək tutmasından dünyasını dəyişib.
Xalq artisti Yalçın Rzazadə
Xalq artisti, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin vokal və pop musiqi kafedrasının müdiri Yalçın Rzazadə 22 fevral 2021-ci ildə 74 yaşında vəfat edib. Yalçın Rzazadə uzun sürən xəstəlikdən dünyasını dəyişib.
Xalq artisti Eldar Quliyev
Kinorejissor, ssenarist, SSR xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino kafedrasının professoru Eldar Quliyev Azərbaycan kino sahəsində bir məktəb yaratıb. Bir müddət əvvəl infarkt keçirmiş sənətkar, 16 aprel 2021-ci ildə müalicə aldığı Respublika Müalicəvi Diaqnostika Mərkəzində vəfat edib.
Xalq artisti Rəmiş (Rafiq Hüseynov)
Ustad gitara ifaçısı Rəmiş də sənət dünyaından zamansız ayrıldı. Xroniki xəstəlikdən əziyyət çəkən xalq artisti 76 yaşında 5 aprel 2021-ci ildə müalicə aldığı xəstəxanada həyatla vidalaşdı.
Əməkdar artist Baloğlan Əşrəfov
Əməkdar artist 26 aprel 2021-ci ildə 69 yaşında Covid-19 xəstəliyindən dünyasını dəyişib. Sənətkar doğulduğu Masallı rayonunun Bədəlan kəndində doğmalarının məzarı yanında torpağa tapşırılıb.
Müğənni Aslan Hüseynov
Məşhur müğənni Aslan Hüseynovun ötən gün Bakı-Qazax yolunun 60 kilometrliyində "BMW" markalı minik avtomobili ilə "KamAZ" markalı yük maşını toqquşması nəticəsində, 54 yaşında dünyasını dəyişib.
Xatıladaq ki, 26 apreldə müğənninin anası da dünyasını dəyişmişdi. Aslan Hüseynov Gəncədə anasının məzarının yanında dəfn edilib./Unikal.org
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq