"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan Türkiyənin İstanbul və Ankara şəhərlərinə uçuşları müvəqqəti dayandırır.
YeniAvropa xəbər verir ki, bu barədə "AZAL"dan məlumat verilib.
Bildirilib ki,29 aprel 2021-ci il – 16 may 2021-ci il tarixlərinə olan "Bakı-İstanbul-Bakı" aviareysi və 29 aprel 2021-ci il – 13 may 2021-ci il tarixlərinə olan"Bakı-Ankara-Bakı" aviareysi ləğv edilir. Bununla yanaşı, 12 may 2021-ci il tarixli "Bakı-Antalya-Bakı" aviareysi də ləğv olunub.
Qeyd edilib ki, aviareyslərin ləğv edilməsinə səbəb sərnişin axınının aşağı olmasıdır. "Alternativ kimi sözügedən tarixlərə olan aviabiletləri "Türk Hava Yolları”nın biletlərinə dəyişmək olar. "AZAL"ın qeyd olunan reyslərə satılan aviabiletlərin cərimə tətbiq olunmadan istənilən tarixlərə dəyişdirmək və ya qaytarmaq mümkündür",-deyə məlumatda bildirilib.