Azərbaycan-Türkiyə İş Adamları Forumu keçirilib
Aprelin 20-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı və Türkiyənin Müstəqil Sənayeçilər və İş Adamları Birliyinin (MÜSİAD) Azərbaycandakı nümayəndəliyinin tərəfdaşlığı ilə "Azərbaycan-Türkiyə iş adamları forumu: mövcud vəziyyət və perspektivlər" mövzusunda onlayn forum keçirilib.
KOBİA-dan YeniAvropa-ya bildirilib ki, forumda Dövlət Gömrük Komitəsinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Azərbaycan İnvestisiya Şirkətinin, Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA), Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Türkiyə Respublikasının Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstəklənməsi Təşkilatının (KOSGEB), Türkiyənin ölkəmizdəki Ticarət Müşavirinin, MÜSİAD-ın, ATİB-in və TÜİB-in nümayəndələri, eləcə də hər iki ölkədən olan iş adamları və biznes assosiasiyaları iştirak ediblər.
İctimai Şuranın sədri Fərhad Qaraşov qeyd edib ki, forumun təşkilində məqsəd Azərbaycandakı türk iş adamlarının fəaliyyətinin genişləndirilməsi və onların fəaliyyəti ilə bağlı aktual məsələlərin ictimai müzakirəsidir. Forum KOBİA yanında İctimai Şura çərçivəsində xarici tərəfdaşların iştirakı ilə keçirilmiş ilk beynəlxalq tədbirdir.
KOBİA-nın dəstəyi ilə təşkil olunmuş onlayn forumda agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov yüksələn xətlə inkişaf edən Azərbaycan-Türkiyə iqtisadi əlaqələri çərçivəsində iki ölkə arasında kiçik və orta sahibkarlıq sahəsində də tərəfdaşlıq imkanlarının genişləndiyini vurğulayıb. Qeyd olunub ki, Türkiyə iş adamlarının Azərbaycanda fəaliyyətinin daha da genişləndirilməsi üçün imkanlar böyükdür və KOBİA Azərbaycanda fəaliyyət göstərən və ya biznes qurmaq istəyən türk iş adamlarına dəstək göstərməyə hazırdır.
O.Məmmədov bildirib ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi yerli və xarici, o cümlədən Türkiyə iş adamları üçün biznes fəaliyyəti və bərpa-quruculuq işlərində iştirak üçün yeni imkanlar yaradır. Agentlik postpandemiya dövründə KOB-ların dəstəklənməsi istiqamətində KOSGEB-in təcrübəsini öyrənməkdə maraqlıdır. Bundan başqa, agentlik Azərbaycanda postpandemiya dövrü üçün dövlətin müəyyənləşdirdiyi prioritet sektorlarda Türkiyənin iş adamlarının yeni layihələr reallaşdırmasına dəstək göstərməyə hazırdır. Qarşılıqlı investisiya qoyuluşu üçün potensial imkanlara dair KOB-ların məlumatlandırılması və Türkiyə iş adamları ilə birgə müəssisələrin yaradılması istiqamətində də əməkdaşlıq imkanları genişdir.
KOSGEB-in rəhbəri Hasan Basri Kurt, Türkiyənin ölkəmizdəki ticarət müşaviri Eser Çengel, MÜSİAD-ın nümayəndələri Abdurahman Uzun və Muhterem Öz hər iki ölkənin iş adamları arasında mövcud əməkdaşlıq və əlaqələrin genişləndirilməsi imkanları, xüsusilə KOB sahəsində tərəfdaşlıqla bağlı fikirlərini bölüşüb, əməkdaşlığa dair müxtəlif təkliflər səsləndiriblər.
Azərbaycan İnvestisiya Şirkətinin nümayəndəsi Fərid Quliyev və AZPROMO-nun departament direktoru Zöhrab Qədirov təmsil etdikləri qurumların fəaliyyəti, ölkəmizin investisiya və ixrac potensialı və Türkiyə şirkətləri ilə əməkdaşlıq perspektivləri barədə məlumat veriblər.
Onlayn forumda ticarət, investisiya qoyuluşu, KOB sahəsində əməkdaşlıq və sair kimi istiqamətlərdə müzakirələr aparılıb, iş adamlarını maraqlandıran suallar cavablandırılıb.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb