"Azercell"in Mobil Diş və Göz Klinikaları təmənnasız xidməti davam etdirir
Əhalinin aztəminatlı təbəqəsinə təmənnasız xidmət göstərən "Azercell Telekom" MMC-nin Mobil Diş və Mobil Göz Klinikaları 2021-ci ilin ilk üç ayında aktiv fəaliyyətini davam etdirib. Pandemiya dövründə belə fəaliyyət göstərən klinikaların həkimləri bütün təhlükəsizlik və gigiyena qaydalarına müvafiq şəkildə bu ilin ilk rübündə 150-dən çox xəstəni pulsuz müayinə və müalicə ediblər.
YeniAvropa xəbər verir ki, səyyar klinikalar respublikanın müxtəlif bölgələrində kimsəsiz uşaqlar və aztəminatlı ailələrlə yanaşı, şəhid ailələrinin üzvləri və Vətən müharibəsi qazilərinə xidmət göstəriblər. İlin əvvəlində Mobil Diş və Göz Klinikalarının həkimləri Xudat şəhərinə səfər ediblər. Səfər zaman aztəminatlı ailələrin və şəhid ailələrinin üzvlərindən olan 52 uşaq Mobil Diş Klinikasında müayinədən keçib. Dişlərində problem aşkarlanan uşaqlar təmənnasız olaraq müalicə olunublar.
2021-ci ilin birinci rübündə "Azercell"in Mobil Göz Klinikasında 105 nəfər (53 uşaq, 52 böyük) ödənişsiz göz müayinəsindən keçib. Təkcə Xudat şəhərində 50-dən çox xəstəyə yardım göstərilib. Bundan əlavə, Sumqayıtdakı 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzində 30 nəfər səyyar klinika həkimlərindən kömək alıb.
Hesabat dövründə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yaşayan şəhid ailələrinin üzvləri üçün də pulsuz göz müayinəsi həyata keçirilib. Həmçinin, Bakıda “Damla” aztəminatlı ailələrə qayğı İctimai Birliyinin 25 üzvü də Mobil Göz Klinikasının imkanlarından yararlanıblar.
Qeyd edək ki, "Azercell Telekom" MMC-yə məxsus və 10 ildən çox müddətdə xüsusi qayğıya ehtiyacı olan əhaliyə təmənnasız xidmət edən mobil klinikalar "Xəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyinin dəstəyi ilə fəaliyyət göstərir. Bu müddət ərzində Mobil Diş və Göz Klinikalarının həkimləri tərəfindən minlərlə insan müayinə edilib və zəruri müalicə alıb.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb