Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri zamanı “Veysəloğlu” MMC tərəfindən Rusiya Federasiyasından ölkəmizə idxal edilən 300 kiloqram dondurulmuş toyuq qiyməsinə baxış keçirilib.
Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsuldan götürülən nümunələrdə patogen mikroorqanizm olan salmonella aşkar edilib.
Aşkar olunmuş faktla əlaqədar qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb