İsmayıılı rayonunun Lahıc kəndində göl satışa çıxarılıb.
YeniAvropa xəbər verir ki, bu barədə müvafiq elan əmlak satışı saytlarının birində yerləşdirilib. Məlumatda qeyd olunub ki, 88 sot sahəsi olan təbii göl 120 min manata satılır.
Gölün dərinliyinin 7-11 metr olduğu və turistik yerdə yerləşdiyi qeyd olunub.
Həmçinin gölün ətrafında yüngül konstruksiyalı evlərin tikilməsinə də icazə var.
Elanda gölün təcili və ucuz qiymətə satıldığı bildirilir.