Rusiyanın “Red Wings” aviaşirkəti Azərbaycana birbaşa uçuşlar həyata keçirəcək.
YeniAvropa xəbər verir ki, bu barədə "Red Wings”in baş direktoru Yevgeni Klyuçaryov məlumat verib.
Onun sözlərinə görə, aviaşirkət Yekaterinburqun “Koltsovo” hava limanından Azərbaycana aviareyslər təşkil edəcək: “Aviareyslərin təşkili koronavirus pandemiyası ilə bağlı vəziyyət stabilləşən kimi reallaşdırılacaq”.
Yevgeni Klyuçaryov əlavə edib ki, Yekaterinburq “Koltsovo” hava limanından Azərbaycan paytaxtı ilə yanaşı Qazaxıstana və Özbəkistana da aviareyslər təşkil ediləcək.