İsrail hərbi sənaye şirkəti Azərbaycanda birgə müəssisə yaradıb
İsrailin “Meteor Aerospace” hərbi sənaye şirkəti Azərbaycanda Caspian Ship Building Company (Bakı Gəmiqayırma Şirkəti) ilə birgə müəssisə yaradıb.
YeniAvropa xəbər verir ki, bu barədə “İsrael Defense” jurnalı şirkətin yaydığı məlumata istinadən bildirib.Qeyd edilib ki, birgə müəssisənin yaradılmasında məqsəd Azərbaycanın milli ehtiyaclarını təmin etmək üçün müdafiə sahəsində qabaqcıl həllər təklif etməkdir.
Məlumatda deyilir ki, hər iki şirkət Azərbaycanın müdafiə sahəsinin və sənayesinin ehtiyacları üçün geniş spektrdə həllər təklif etmək üçün yaxşı imkanlara və unikal üstünlüklərə malikdir. “Meteor Aerospace” bildirir ki, bu əməkdaşlığın həyata keçirilməsi üçün Azərbaycanda “Caspian Meteor” adlı yeni birgə müəssisə yaradılıb. (https://www.caspianmeteor.com/)
“Bakı Gəmiqayırma Zavodu” MMC artıq İsrail şirkətləri ilə birlikdə hərbi gəmilərin inşaatını həyata keçirir.
“Meteor Aerospace” şirkəti isə hərbi sahədə geniş spekrdə müdafiə sistemləri işləyib hazırlayır. Bura maksimal yükgötürmə qabiliyyəti 1400, faydalı yük götürmə qabiliyyəti 700 kiloqram olan böyük pilotsuz uçan aparatlar, sürəti saatda 60 uzla çatan sürətli, pilotlu və pilotsuz gəmilər, pilotsuz yerüstü avtomobillər, yüksək dəqiqlikli, böyük radiusa malik, böyük məsafələrdən ağır zərbələr endirmək imkanları olan raketlər daxildir.
“Meteor Aerospace” 2013-cü ildə biznesmen İshaq Nissan tərəfindən təsis edilib, hazırda o şirkətin idarə heyətinin sədri və baş icraçı direktorudur. Daha əvvəl İshaq Nissan digər iri hərbi sənaye şirkəti olan “İsrael Aerospace Industries” (IAI) şirkətinin baş direktoru və prezidenti olub. Və İsraildə və dünyada müdafiə və aerokosmik sahədə 30 illik iş təcrübəsinə malikdir.
İshaq Nissan əsas silah sistemlərinin, o cümlədən hava hücumundan müdafiə təyinatlı və hücum təyinatlı raketlərin, pilotsuz uçan aparatların, peyklərin, ballistik raketlərə qarşı raketlərin və radarların işlənib hazırlanmasına, istehsalına başçılıq edib.
Qeyd edək ki, "F-35" beşinci nəsil döyüş təyyarələri şirkətin istehsal etdiyi “Meteor” raketləri ilə təchiz olunub./Virtualaz.org
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb