“Azercell Könüllüləri” komandası insanlara qayğı və diqqət çağırışlarını əks etdirən, birlik və paylaşma ovqatını gücləndirən Novruz bayramı münasibətilə növbəti xeyriyyə aksiyasını həyata keçirib.
YeniAvropa xəbər verir ki,bayram ərəfəsində “Azercell Könüllüləri”nin təşəbbüsü ilə baş tutan “Novruz payı” aksiyasında könüllülər torpaqlarımızın azadlığı uğrunda döyüşüb, bizi doğma Qarabağa qovuşduraraq ən sevincli Novruz bayramını yaşadan cəsur qazilərimizi və şəhid ailələrini ziyarət edib, onlara “Novruz payı” çatdırıblar. Ailələrin siyahısının əldə olunmasında “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin yardımı olub.
Azərbaycanın bütün bölgələrini əhatə edən aksiya çərçivəsində könüllülər 400-dən çox İkinci Vətən müharibəsi şəhid ailəsi və döyüşlərdə yaralanmış qazilərlə görüşüblər. “Novruz payı” aksiyası üçün toplanmış vəsait hesabına qəhrəmanlarımızın ailələrinə müxtəlif bayram şirniyyatı və Novruz nemətləri ilə yanaşı, gündəlik ərzaq mallarından ibarət sovqat paylanılıb, 50 AZN dəyərində kuponlar təqdim olunub.
“Azercell” özündə yüksək dəyərləri təcəssüm etdirən, insanları sülhə və dostluğa səfərbər edən Novruz bayramı münasibətilə hər kəsi təbrik edir.