Belarusun milli aviadaşıyıcısı olan “Belavia" aviaşirkəti martın 20-dən etibarən Minsk-Bakı reysi üzrə uçuşları bərpa edir.
YeniAvropa xəbər verir ki, bu barədə “Belavia" aviaşirkətinin yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, Minsk-Bakı marşrutu üzrə uçuşlar həftədə üç dəfə - bazar ertəsi, cümə axşamı və şənbə günləri həyata keçiriləcək.