logo

Daha 28 dövlət əmlakı özəlləşdirməyə çıxarılacaq

14:47 17-03-2021 | icon 2506
Daha 28 dövlət əmlakı özəlləşdirməyə çıxarılacaq

Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən növbəti hərrac aprelin 13-də təşkil ediləcək.

ƏMDX-dən YeniAvropa-ya bildirilib ki, hərraca 28 dövlət əmlakı çıxarılacaq. Bunlardan 19-u kiçik dövlət müəssisəsi və yarımçıq tikili, 9-u isə nəqliyyat vasitəsidir. Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə burada tanış ola bilərsiniz: (https://bit.ly/30NCfREhttps://bit.ly/3qQ8sCnhttps://bit.ly/3bQyjpy).

Keçiriləcək özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Dövlət Xidmətinin rəsmi saytına (“emlak.gov.az”) və ya Özəlləşdirmə Portalına (“privatization.az”) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Sifarişçilərin hərraclara onlayn qoşulmaq imkanı da var.

Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (“e-emlak.gov.az”) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.